"ADY rəqəmsal ticarət dəhlizi üzərində çalışır" - Turxan Əhmədov

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) rəqəmsal ticarət dəhlizi üzərində çalışır. Avtosfer.az xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, ADY "rəqəmsal ticarət dəhlizi" adlandırılan istiqamət üzərində çalışır:
"Bu, əsas xətt boyunca məlumat sistemlərinin harmonizasiyası deməkdir. Mən bəzi konkret nümunələr verə bilərəm. Biz artıq "real vaxtda yük izləmə" adlanan texnologiyanı tətbiq etmişik. Bu, bir çox səbəblərə görə əla sistemdir. O, vaxta qənaət etməyə imkan verir".
T.Əhmədov qeyd edib ki, burada başqa bir məqam sənədləşdirmə hissəsininin elektronlaşdırılması ilə bağlıdır:
"Biz sənədləşdirmə prosesini elektronlaşdırmışıq. Bütün bunlar qatarların boş dayanmamasına səbəb olur".
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












