ADY və ADB karbon tutma kimi təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) karbon tutma kimi təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparır. Avtosfer.az xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib. Onun sözlərinə görə, səhmdar cəmiyyətinin ADY-nin Gəncə və Biləcəridəki əsas depolarında ümumilikdə təxminən 650 günəş paneli quraşdırılıb: "Bununla təxminən 80 min kilovat/saat elektrik enerjisi təmin olunur. Elektrik enerjisi əsasən daxili ehtiyaclar üçün istifadə edilir. Bu, bizim qeyd edilən təcrübəni genişləndirə biləcəyimizi göstərir. Bu, enerji və nəqliyyat sektoru arasında əla sinerjidir. Lakin biz yenə bu sahəni araşdırırıq. ADB ilə təkmilləşdirilmiş texnologiyadan, yəni infrastruktur aktivlərimiz boyunca karbon tutma kimi daha təkmilləşdirilmiş texnologiyadan istifadə üzrə iş aparılır. Bilirəm, bu texnologiyanın qiymətini nəzərə alsaq, həddindən artıq iddialı səslənir, lakin biz əməliyyatlarımızda tətbiq edə biləcəyimiz hər bir imkanı araşdırırıq".
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












