Aeroportdan şəhər istiqamətinə yeni taksi QİYMƏTLƏRİ – VİDEO

Bakı Aeroportundan şəhərə işləyən taksilərlə bağlı yeni tələbdən sonra qiymətlər xeyli artıb.
Avtosfer.az xəbər verrir ki, aeroport ərazisindən şəhərə taksi sifariş etdikdə qiymət xeyli yüksəkdir. Aeroportun girişindəki şlaqbaumdan çöl hissədə taksi sifariş etdikdə isə nisbətən aşağı olur.
Onu da öyrəndik ki, aeroport ərazisində mobil tətbiqlə taksi sifariş verərkən nisbətən ucuz başa gələn ekonom taksiləri seçmək olmur. Yalnız “Bolt Airport” və “London premium” kateqoriyalarını seçmək olur ki, bu da xeyli bahadır.
Eyni əraziyə “Uber”lə də taksi sifariş etdik. Məlum oldu ki, bu tətbiqdə də seçim məhdudiyyəti var. Yəni yalnız “airport taksi” kateqoriyasını seçmək olur. Bununla isə qiymət 12 manat 50 qəpik təyin edildi.
Ancaq Hava Limanının ərazisindən çöldə şəhər istiqamətində istənilən kateqoriyanı seçmək olur ki, bu zaman qiymətlər yarıbayarı ucuz olur.
“Uber” şirkətinin mətbuat xidmətindən bildirildi ki, şirkət tərəfindən Heydər əliyev Beynəlxalq Aeroportu ərazisindən daşımalar həyata keçirilən zaman məsəfayə uyğun qiymət hesablanır. Aeroportdan daşımalar 5 AZN-dən başlayır.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












