Ağır qəza ilə bağlı icra başçısının oğlu həbs olundu: 5 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsiri bilinən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. İlham Əsgərli ən yaxın dostunu itirdiyini bildirib: "Maqsud əmidən çox üzr istəyirəm. Belə olmağını heç istəməzdim. Mən də ən yaxın dostumu itirmişəm". Əhliman Süleymanov isə məhkəmədə son sözündə günahsız olduğunu bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə gedib. Hakimlər kollegiyasının qərarı ilə İlham Əsgərli 5 il 6 ay, Əhliman Süleymanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.
Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı İlham Əsgərlinin 6 il 6 ay, Əhliman Süleymanovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Süleymanovun idarə etdiyi "Hovo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












