Ağsuda yaşadığı evdə avtomat və narkotik gizlədən şəxslər saxlanıldı - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA











