“Ai-95” markalı benzinin istehsalı bərpa olunacaq - SOCAR

“Biz hazırda yalnız Aİ-92 markalı benzin istifadə edirik. Benzin istehlakında bu növ benzinin kütlə payı 95% təşkil edir. Ancaq gələcəkdə ölkədə Aİ-95 benzin və dizelinin istehsal olunması nəzərdə tutulur”.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft emalı üzrə vitse-prezidenti David Məmmədov deyib.
O bildirib ki, 2018-ci ilə qədər zavodların yenidən qurulmasını həyata keçirmək planlaşdırılır: “Rekanstruksiyadan sonra zavodlarımızda daha keyfiyyətli, Avro standartlara cavab verən yanacaq istehsal olunacaq. Ancaq hazırda qərar qəbul olunub ki, daxili tələbatı ödəmək üçün 2014-cü ilin aprelindən başlayaraq mövcud zavodlarımız ancaq Aİ-92 markalı benzin istehsal etsin. Aİ-95 markalı benzinə olan tələbat isə idxal hesabına ödənilir. Bu qərar ekoloji mühitin nisbətən yaxşılaşdırılması üçün verilib. Hazırda Avro 5 dizel və benzini dünya üzrə ən təmiz yanacaq hesab olunur”.
ARDNŞ rəsmisi əlavə edib ki, Avro 5 standartlarına cavab verən yanacaqlar elə də gəlirli deyil: “Nəzərə alsaq ki, Avro 5 standartlarına cavab verən yanacaqlardan istifadə edənlər imkanlı vətəndaşlardır, bu böyük bir gəlirliliyə imkan vermir”.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












