Alternativ enerji mənbələrini necə qorumaq mümkündür? – MÜTƏXƏSSİS AÇIQLAMASI

Bərpa olunan enerji mənbələri müasir dövrün ən vacib mövzularından birinə çevrilib. Sənayeləşmənin və sürətli şəhərsalmanın artması ilə ətraf mühitin qorunması məsələsi daha da aktuallaşıb. Ənənəvi enerji mənbələri, xüsusilə neft, qaz və kömür, tükənən resurslar olmaqla yanaşı, atmosferə zərərli tullantılar buraxaraq ekoloji problemlərə səbəb olur. Bunun əksinə olaraq, günəş, külək, su və biokütlə kimi bərpa olunan enerji mənbələri daha ekoloji və davamlı həll yolları təklif edir.
Bu çərçivədə həm ənənəvi, həm də müasir yanaşmaların tətbiqi ilə təbii resursların qorunması necə təmin edilə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Aazərbaycanın enerji siyasətində alternativ enerji resurslarını qorumaq kimi məqsədi yoxdur:

“Hökumət 2030-cu ilə qədər enerji istehsalında alternativ mənbələrin payını 30%-ə çatdırmağı planlaşdırır. Bununla yanaşı, dövlət qeyri-neft sektorunun inkişafına töhfə vermək və ekoloji dayanaqlılığı təmin etmək niyyətindədir.
Hazırda alternativ enerji sahəsində əsas diqqət günəş panelləri və digər bərpa olunan enerji mənbələrinə ayrılıb. Bu il daxilində həyata keçiriləcək layihələrlə təxminən 1 milyard kubmetr qaza qənaət edilməsi planlaşdırılır. Qənaət edilən qaz daxili bazarda istifadə edilməklə yanaşı, Avropaya ixrac edilə bilər.
Hal-hazırda Avropaya birbaşa elektrik enerjisi ixracı üçün kabel xətlərinin tikintisi başa çatmır. Buna görə də, Azərbaycan dərhal elektrik enerjisi ixracını deyil, daxili istehsal və işələtmədən qazı xarici bazara satmağı prioritet hesab edir.

Gələcək illərdə alternativ enerji layihələrinin həcminin daha da artırılması, ixrac imkanlarının genişləndirilməsi və ekoloji baxımdan təmiz enerji istifadəsinin stimullaşdırılması istiqamətində addımlar atılacaq”.
Ekoloq Qorxmaz İbrahimli isə bildirib ki, enerji resurslarının inkişaf etdirilməsi ilə yanaşı, onların səmərəli istifadəsi də vacibdir:
“Qənaətcil enerji siyasəti təkcə hökumət deyil, hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində ekoloji şüurun artırılması, həmçinin yaşlı nəsil arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir.
Hal-hazırda Avropaya birbaşa elektrik enerjisi ixracı üçün kabel xətlərinin tikintisi mümkün deyil. Buna görə də, Azərbaycan dərhal elektrik enerjisi ixracını deyil, daxili istehsal və istifadə edilməyən qazı xarici bazara satmağı prioritet hesab edir”.
Ekoloq sonda bldirib ki, gələcək illərdə alternativ enerji layihələrinin həcminin daha da artırılması enerji israfının qarşısı alacaq.
“İxrac imkanlarının genişləndirilməsi və ekoloji baxımdan təmiz enerji istifadəsinin stimullaşdırılması istiqamətində addımlar atılacaq”.
Eltac Zülfüqaroğlu
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










