Bakı-Tbilisi qatarında minimum xidmət və daha ucuz biletlər olacaq?

"Tbilisiyə qatar biletlərinin qiymətinin formalaşmasında əsas məsələ tələb və təklif nisbətidir. Burada təkliflərin nə qədər çox və çeşidli olması xüsusi əhəmiyyət daşıyır".
Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi istiqamətində əsasən yataq tipli qatarlardan istifadə olunur və vaxtilə mövcud olmuş oturaq tipli qatarların yenidən bu istiqamətdə tətbiqi də dəyərləndirilməlidir:
"Məsələn, Bakı-Ağstafa istiqamətində hərəkət edən oturaq tipli "Stadler" qatarı çoxsaylı dayanacaqlara baxmayaraq, marşrutu təxminən 5 saat 15 dəqiqəyə qət edir. Bakı-Tbilisi istiqamətində isə məhdud sayda dayanacaqla, oturaq tipli qatarların tətbiqi və hərəkət vaxtının optimallaşdırılması sərnişinlərin daha qısa müddətdə Tbilisiyə çatmasına imkan verə bilər.
![]()
Dəmir yolunda 2024-cü il noyabrın 1-dən dinamik tarif siyasətinin tətbiq olunduğunu da nəzərə almaq lazımdır. Bu sistemə əsasən, bayram və istirahət günlərində, həmçinin bilet sayının azalması zamanı qiymətlər yüksələ bilir. Buna görə də təkliflərin artırılması qiymətlərin aşağı düşməsi baxımından mühüm amil ola bilər.
![]()
Digər vacib məsələ biletlərin satışa çıxarılma müddətidir. Əvvəllər biletlərin satış müddəti 10 gün idi, daha sonra 30 günə qədər artırıldı. İlkin olaraq bu müddətin 90 günə çatdırılması hədəflənmişdi. Hazırda sistemdə 30 günlük müddətin göstərildiyini nəzərə alsaq, düşünürəm ki, 90 günlük hədəfə artıq təxirə salınmadan çatmaq lazımdır. Çünki sərnişin səfərini nə qədər əvvəl planlaşdıra bilsə, daha münasib qiymətə bilet əldə etmək imkanı da bir o qədər artır.
Gələcəkdə bu müddətin 6 ay, hətta 1 ilə qədər uzadılması da nəzərdən keçirilə bilər. Məqsəd vətəndaşın səfərini əvvəlcədən planlaşdırmasına və daha münasib qiymətə bilet əldə etməsinə şərait yaratmaq olmalıdır".
![]()
Ekspert əlavə edib ki, xidmət məsələsində isə yalnız qiymətə deyil, sərnişinlərin tələbinə baxmaq lazımdır:
"Bunun üçün ciddi bazar araşdırması və sərnişinlər arasında sorğu keçirilməsinə ehtiyac var. Çünki bütün sərnişinlərin gözləntisi eyni deyil. Elə sərnişin var ki, maksimum komfort və geniş xidmət paketi istəyir, digər sərnişin üçün isə əsas məqsəd minimum xidmətlə daha ucuz qiymətə mənzil başına çatmaqdır.
![]()
Bu baxımdan büdcəli aviaşirkətlərdə olduğu kimi, dəmir yolunda da minimum qiymətə minimum xidmət modelinin tətbiqi imkanları araşdırıla bilər. Əlavə xidmətlər üçün ayrıca ödəniş mexanizmi tətbiq olunarsa, sərnişin öz ehtiyacına uyğun seçim edə bilər. Eyni zamanda daha komfortlu səyahət istəyən sərnişinlər üçün mövcud xidmətlər saxlanılmalıdır.
Yəni burada əsas məqsəd yalnız bileti ucuzlaşdırmaq deyil, müxtəlif qiymət və xidmət səviyyələrinə uyğun daha çox seçim yaratmaqdır. Təkliflər və seçim imkanları artdıqca, həm qiymətlərin formalaşmasına, həm də sərnişin məmnunluğuna müsbət təsir göstərmək mümkündür".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












