“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

“Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb. Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsinin AEM Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən “Dərman vasitələrinin geri çağırılması Qaydası”na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib: "Keyfiyyətinin yoxlanılması məqsədilə Mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilənn, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi 1 (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə “A” səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib. Yuxarıda qeyd olunanlara əsasən Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2300311; 2300312 və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












