Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB

Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular danışıblar.
Onların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb, ev sahibi isə qonşulardan kömək istəyib.
Qonşular bildiriblər ki, hadisə iştirakçıları arasında əvvəllər hər hansı münaqişənin şahidi olmayıblar. Onların sözlərinə görə, tərəflərin münasibətləri yaxşı olub.
Qonşulardan biri baş verənləri belə təsvir edib:
"Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər".
***12:41, 20 noyabr
Bakıda həkimin sürücüsünün bıçaqlanmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsindəki villada baş verib. Sürücü Həsənağa Həsənov həkimin tapşırığı ilə villaya gəlib və oradan lazım olan əşyanı götürüb doktora çatdırmalı imiş. O, həyətə daxil olaraq villanın bağbanından həmin əşyanın yerini soruşub.
Sərxoş vəziyyətdə olan bağban ona kobud cavab verib. Onların arasında mübahisə yaranıb və bağban bıçaqla sürücüyə ürək nahiyəsindən zərbə endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı isə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
***09:53
Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.
Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib.
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO












