Anar Eyvazov: “Ermənistanın təxribatlar üçün nəzərdə tutduğu dronlar da Qarabağda aşkarlanıb”

“Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi təxribatlar hərbi mövqelərimizlə yanaşı, mülki əhalini və mülki infrastrukturu də hədəfə alırdı”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini göstərən xeyli sayda silah-sursat aşkarlanıb.
Anar Eyvazov fotolar göstərib və qeyd edib ki, həmin görüntülər Ermənistanın qeyri-qanuni silah tədarükünü aydın şəkildə göstərir.
“Xoşbəxtlikdən, Azərbaycan Ordusunun antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda erməni təxribatlarına son qoyuldu”, - deyə o əlavə edib.
Anar Eyvazov onu da bildirib ki, antiterror tədbirlərindən sonra Ermənistanın təxribatlar üçün nəzərdə tutduğu dronlar da Qarabağ iqtisadi rayonunda aşkarlanıb.
Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.
oxu.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












