ATV-nin yol polisini «vurmasının» sirri açıldı – Ksenon işıq - VİDEO

Bu gün facebook-a baxanda hamının «ATV yol polisini “vurdu”» deyə paylaşdığı reportaja baxdım. Hamı kimi diqqətimi çəkdiyi üçün baxdım. Düzdür, zaman-zaman mənim də yol polislərindən şikayətlərim olub. Amma bu şikayətlər mən qeyri-professional olduğum dövrlərə təsadüf edirdi. İndi yaxşı başa düşürəm ki, yol polisləri olmasa, Bakı küçələri nə vəziyyətdə olar. Çünki bizim sürüclərdə sürücülük mədəniyyəti aşağı səviyyədədir. Sürücülərin içkili halda avtomobl idarə etməsi, avtoxuliqanlıq etməsi bir kənara bizim ölkədə heç piyada mədəniyyəti də yoxdur.
Nə isə... Yeni il axşamında hamı bayramını ailəsi ilə qeyd edəndə yol polisləri yollara nəzarət etmək üçün gücləndirilmiş rejimdə çalışırdı. Yuxu bilmədən bayram, ailə demədən…
ATV–nin yayınladığı reportaj çoxunun – qayda pozan sürücülərin ürəyincə ola bilər. Amma bir sual yaranır: Niyə bu günə qədər ATV bu mövzuda belə bir reportaj hazırlamamışdı? Axı yol polisini bu qədər alçaltmaq, onlara yollarda qanun keşikçisi kimi deyil, içkili axtaran, tində-bucaqda durub qayda pozan sürücü ovçusu kimi baxmaq, cəmiyyətin nəzərində, xüsusən də qayda pozan sürücülərin gözündə kiçiltmək ATV-nin nəyinə lazımdır?
Bizdə bir misal var, «döymə taxta qapımı, döyməyim dəmir qapını». ATV də bu məsələ uyğun hərəkət edib. Deməli belə, yanvarın 6-da, saat 21.40-da ATV-nin rəhbər həxslərindən biri olan – vitse-prezident Rauf Dadaşova məxsus 10 UE 579 dövlət nömrə nişanlı, «Prado» markalı avtomobil Yasamal rayonu, Mətbuat prospektində «Tri Karona» adlanan yerdə İnzibati Xətalar Məcəlləsinin 155.2.2. maddəsinə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə saxlanılb və cərimə meydançasına aparılıb. Sürücü isə 150 manat cərimə edilib. Onun avtomobilində ksenon lampalar olub və bu üzdən də avtomobil cərimə meydançasına aparılıb. Ruaf Dadaşov yol polislərini cəzalandıracağını deyərək «avtomobili haradan aparmısınızsa, gətirib yerinə qoyun» tələbini irəli sürüb. Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb.
Avtosfer.az-a daxil olan məlumata görə, Rauf Dadaşov ATV-nin prezidenti Vüqar Qaradağlının qayınıdır. Qısacası, ATV-də yol polisi haqqında repotajın yaranma səbəbi də budur.
Kimsə sevinməsin ki, hansısa telekanal hansısa dövlət qurumunu əhalinin istəkləri və haqqlı narazılıqlarına görə tənqid edir…
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
ATV-də yol polisinin tənqid olunduğu həmin videomaterialı təqdim edirik:
Heydər
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI









