Banner

Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA

Gündəm 12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
WhatsApp kanalımıza abunə olun

Son günlər ölkə gündəmini zəbt edən vahid məktəbli formasına keçid məsələsində ortaya çıxan mənzərə, məktəblərdə keçirilən aksiyalarda İran izlərinin görünməsi mövzunun əslində daha dərində olduğunun sübutudur.

Mövzu ilə bağlı Avtosfer.az-a müsahibəsində Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, İranın Azərbaycanın daxil işlərinə müdaxiləsinin arxasında İranın dövlət maraqları və ideoloji maraqları dayanır.

“Bildiyiniz ki, İran siyasi bir məzhəb dövlətidir və o öz ideolojiyasını yaymağı təkcə Azərbaycanın üzərindən etmir. Türkiyəyə də bu gün müəyyən problemlər yaratmağa çalışır. Səudiyyə Ərəbistanına da, bütün ölkələrə qarşı, elə Rusiyanın özündə də İran bu siyasəti davam etdirir. Bu bir Sovet totalitar sistemində olduğu kimi, İran totalitar ideoloji mənbə olaraq özünü görür və bunu da ixrac eləmək yolunda müəyyən addımlar atır, proksi qüvvələr yaradır Livanda, başqa yerlərdə, Fələstinlərdə.

Belə bir vəziyyətdə bu ölkənin bilavasitə yalnız bizə qarşı deyil, digər ölkələrə qarşı da məqsədinin əsas hədəfidir. Amma Azərbaycanda İranın bu cür münbit məkan tapması Azərbaycandaxili seqmentlərlə bağlıdır. Bu, müəyyən qurumlardan, müəyyən televiziya məkanından, media məkanından əlverişli seqment əldə elədiyinə görə və müəyyən əhali kateqoriyasından, din üzərindən, cəhalət üzərindən müəyyən prosesləri həyata keçirmək üçün əlverişli imkanı tapdığına görə bunu eləyir.

İndi siz elə bunun müəyyən dərəcədə nə qədər təhlükəli bir mərhələyə gəlib çıxdığını Gürcüstanda ki, Azərbaycanlar arasında yayılan bu ideologiyanın vəziyyətində görə bilərsiniz. Eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrində bu vəziyyəti görə bilərsiniz. Ona görə də bu məsələ bizim də dövlət təhlükəsizliyimizin doğru qarşılıq verməsi nəticəsində müəyyən dərəcədə önlənə bilər.

İranın bu siyasəti əslində Azərbaycanın içində çözülməli olan məsələdir. Siz diqqət eləyirsinizsə, illərdir bu məsələ ilə bağlı biz təhlükənin istiqamətlərini göstəririk. Buna görə fiziki məhvetmə hədəfinə də çevrildik. Maraqlıdır ki, məsələ hələ də biz Azərbaycanın daxilində məhz İran ideologiyasını yayan bu qüvvələrin qarşısını hansısa bir şəkildə nəinki lazımı səviyyədə ala bildik, həm də onlara bir çox məsələlərdə yaxşıl işıq yandırılmış oldu. Yəni, ona görə də bu məsələ bizim özümüzə aid olan problemi çözməkdən başlayır. Hər hansısa ölkə Azərbaycana qarşı pis niyyət daşıya bilər.

Bu, Şimalda da ola bilər, Cənubda da ola bilər. Bizim düzgün siyasi və təhlükəsizlik modelimiz qurulmalıdır ki, biz bunun qarşısını ala bilək. Yəni, hansısa ölkə bir televiziya açıb bizdə təxribat yaratmaq istəyir.

Biz bunu əhalimizlə özümüz ayrıca formada işləməliyik, problemləri görməliyik. İndi görürsünüz, dövlət olaraq Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün hansısa addım atanda dərhal bu “elementlər” hərəkətə gəlirlər. Səbəbi nədir? Niyə rahat hərəkətə gələ bilirlər? Çünki alt yapısını biz yarata bilmirik bir çox hallarda.

İdeoloji alt yapı yoxdur, sosial şəbəkədə bu alt yapı yoxdur. Ayrı-ayrı 5-10 ziyalının, 5-10 siyasətçinin səyləri ilə bunu həyata keçirmək mümkün deyil. Onlar özləri də hədəfə çevrilirlər, bir çox hallarda özlərini qoruya bilmirlər.

Ona görə də biz bir çox məqamlarda həm də cəhaləti Azərbaycanda təbliğ eləyən mexanizmləri ortadan qaldırmalıyıq. Bəzən dövlət adına bu cəhalətin təbliğ olunmasına ayrı-ayrı məmurlar rəvac verirlər. Buna yol vermək olmaz.

Yəni, İran zehniyyətinin, İrançılıq düşüncəsinin hətta elmi müəssisələrə, hətta tarix şüurumuzda belə yer almasına qarşı çağırışlara çox zaman müqavimət göstərənləri siz görürsünüz. Bizim bu fikirlərə qarşı çıxan guya Azərbaycan vətəndaşları, guya ziyalı, guya bir akademik qaragüruhun təmsilçiləri, bunlar əslində İrançılığın hansısa bir şəkildə Azərbaycanda dayaqlarıdır.

Ona görə də, məncə, biz daxildə bu məsələnin müəyən altyapsını hazırlamalıyıq ki, oradan gələn zərərli tozcuqlar özlüyündən məhv olub getsinlər və Azərbaycan insanının vücuduna düşüb xərçəng yaratmasınlar”.

Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, əvvəl yumşaq güc deyirdilər bu məsələyə. Amma təəssüf ki, ölkəmizdə yaradılan ideoloji boşluğu zəmininə kənar ölkələr ciddi dini təbliğat apardılar.

“Bu gün biz o təhdidlərlə üz-üzəyik və Azərbaycanın daha əvvəl cəlb olunduğu müharibə cəmi 3 il əvvəl yekunlaşdı. Süverenliyimiz antiterror əməliyyatı ilə qazanıldı. Ondan sonra cəmiyyət hesablaşmalı idi bu vəziyyətlə və artıq növbə cəmiyyəti təmizləməyə gəldi çatdı. İndi biz o dönəmdən keçirik, düşünürəm ki, ağrılı prosesdir, qəbul edirik.

Amma dövlət addım atmalıdır və cəmiyyət təmizlənməlidir. Qaldı ki, digər məsələyə. Bəli, Türkiyədə çox qapalı manipulyativ anti-Azərbaycan qruplaşmalar var. Bir aydır müxtəlif məsələlər üzərindən Azərbaycanı təhdid edilirlər və bu, təəssüfedici bir faktdır.

Bu qruplar Azərbaycanı hədəf alıb ağır şəkildə linçə məruz qoyurlar. Amma bu bizi dayandıra bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini təmin eləməlidir.

Bu, qonşu ölkə, qardaş ölkə, iqtisadi maraq məsələlərinə baxmır”.

Səfər

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh