Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO

Hərəkətin təşkili dəyişib, yol nişanları tam olmadığından sürücülərdə çaşqınlıq yaranır...
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsindən gedir.
Bir neçə ay əvvəl həmin küçədə hərəkət istiqaməti dəyişdi. Yəni yol birtəfəli oldu. Sürücülərin sözlərinə görə, küçədə hərəkət birtərəfli təşkil edilsə də, bəzi sürücülər bu dəyişiklikdən xəbərsiz olduqları üçün Xətai prospekti istiqamətində əks hərəkət zolağına daxil olurlar. Ərazidə xidmət aparan yol polisi əməkdaşları isə qayda pozuntusuna yol verən sürücülərə qarşı tədbir görürlər.
Sürücülər deyirlər ki, mövcud nişanlarla yanaşı, əlavə xəbərdarlıq da olsa, belə halların qarşısını almaq mümkün olar. Xüsusi ilə Qarabağ küçəsi ilə kəsişmədə.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, həmin yerdə giriş qadağandır nişanı qoyula bilməz. Əgər bu nişan qoyulsa orda avtobusların da hərəkətinə icazə verilməməlidir. Amma ekspertin həmin konfiliktli ərazi ilə bağlı təklifi var.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, sözügedən ərazidə hər hansı bir uyğunsuzluq yoxdur. ''Hərəkət iştirakçıları ərazidə olan nişanlar və nişanlanma xətlərinə riayət etməlidirlər'', -deyə qurumdan bildirdilər.
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO












