Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF

Son bir ay ərzində sərnişin avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Təkcə iyul ayı ərzində 5-ə yaxın belə qəzanın qeydə alınması ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, avtobus qəzalarının səbəbləri arasında sürücülərin peşəkarlığı, nəqliyyat vasitələrinin texniki vəziyyəti, yol infrastrukturu və hərəkətin düzgün təşkili kimi amillər xüsusi yer tutur. Bəs bu qəzaların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı mənzərə, şərait və mühit ciddi şəkildə dəyişməyib:

"Ona görə də bu il baş verən yol-nəqliyyat hadisələrinin səbəbləri əvvəlki illərdəki səbəblərlə eynidir. Burada kompleks səbəblər mövcuddur.
Sürücülərin peşəkarlığı ilə bağlı problemlər var. Yol infrastrukturu, hərəkətin təşkili, texniki vasitələrin düzgün tətbiqi ilə bağlı da müəyyən çatışmazlıqlar mövcuddur. Eyni zamanda, yollarda təhlükəsiz davranışla bağlı hərtərəfli problemlər hələ də qalmaqdadır. Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı da çoxlu problemlər var. Köhnə avtomobillərin sayı kifayət qədər çoxdur. Yollarda nizam-intizamla bağlı çatışmazlıqlar, bəzən isə aqressiv mühit müşahidə olunur. Bu aqressiv mühit həm sürücülər, həm piyadalar arasında münasibətlərdən, həm də təhlükəsiz davranış qaydalarına riayət olunmamasından qaynaqlanır. Bu problemlər tədricən həll olunmalıdır. Elə bir mühit yaradılmalıdır ki, insanlar bir-birinə daha anlayışlı yanaşsınlar. Yollarda səhvə yol vermək üçün imkan yaradan nöqtələr minimuma endirilməli, hərəkət daha düzgün tənzimlənməlidir. Yol nişanları, xətlər, svetoforlar və digər texniki vasitələr qaydasında olmalıdır".
Hüquqşünas qeyd edib ki, avtobus sürücülərinin peşəkarlığına xüsusi diqqət yetirilməlidir:
"Onlar mütəmadi olaraq təlimlərə cəlb olunmalıdırlar. Sürücülərin fəaliyyətinə həm daşıyıcılar, həm ölkəmizdə ictimai nəqliyyat sahəsində səlahiyyətli qurum olan AYNA, həm də Dövlət Yol Polisi tərəfindən ciddi və səmərəli nəzarət həyata keçirilməlidir. Problemlər yarandıqda məsələ yalnız sürücünün cəzalandırılması və ya cərimələnməsi ilə yekunlaşmamalıdır. Hadisənin səbəbləri araşdırılmalı və həmin səbəblərin aradan qaldırılması istiqamətində işlər görülməlidir. Ən başlıcası isə sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına ciddi diqqət yetirilməlidir.
Avtobus sürücülərinin iş və istirahət vaxtlarına da ciddi riayət olunmalıdır. Onların iş mühiti daha rahat təşkil edilməlidir ki, sürücülər yorulmasın və aqressivləşməsinlər. Sürücünün əmək fəaliyyəti zamanı mənəvi və psixoloji rahatlığının təmin olunması da çox ciddi məsələdir. Bu amillər nəzərə alınmalıdır ki, sürücü yolda aqressiya nümayiş etdirmədən, rahat və təhlükəsiz şəkildə hərəkət edə bilsin".
Fatimə
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












