Banner

Avtobus zolaqları parkinqə çevrilib: pul ciblərdə, xalq yollarda - VİDEO

Gündəm 4 Yanvar 2023 09:00 Oxunub 956
Avtobus zolaqları parkinqə çevrilib:  pul ciblərdə, xalq yollarda   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yəqin axşam saatlarında Bayraq meydanından Hökumət Evinədək hər gün təkrarlanan tıxac hamıya tanışdır. Problemi qismən həll etmək üçün ərazidə xüsusi avtobus zolağının salınması, bu yaxınlarda isə ekspres E1 xəttinin açılması ilə vəziyyət çox da dəyişmədi. Doğrudur, ekspres avtobus xətti BNA-nın son aylarda gördüyü təqdirəlayiq işlərdən olsa da, obyektiv səbəblərdən tam uğurlu alınmayıb. Səbəb də sadədir. 

2 yanvar tarixində bu yoldan istifadə edərkən hər şeyi əyani gördüm. E1 avtobusu ilə Lökbatan dairəsindən Daş Salnamə Muzeyinədək rahat gəlmək mümkündür. Vaxt baxımından taksi ilə ciddi fərqi yoxdur. Dövlət Bayrağı Meydanından sonra isə necə deyərlər Kərəmi ağlamaq tutur. Şəxsən rastlaşdığım situasiya: 18.02-də Daş Salnamə Muzeyinin qarşısındakı dayanacaqdan çıxan avtobus 1 dəqiqə sonra Dövlət Bayrağı Meydanı yanında dayandı və tısbağa sürəti ilə yeriməyə məcbur oldu. Sürücünün “niyə avtobus yolu ilə getmirsiniz” sualına cavabı belə oldu: “Görürsünüz, maşınları yola atıb gediblər, nə edə bilərəm?”
Sürücü haqlı idi. Qısa videodan da göründüyü kimi azı 4 sürücü avtomobili yol kənarınd saxlayıb gedib. Bir “Prado” isə geri hərkət edərək həm təhlükə yaradır, həm də təhlükəsizlik adacaığına çıxırdı. Yeri gəlmişkən, Bayraq Meydanı yaxınlığındakı təhlükəsizlik adacığına sürücülər demək olar məhəl qoymurlar. 
“Çayki” restoranından Əl Oyunları Sarayınadək olan hissə isə əməlli-başlı parkinq idi. Təbii ki nəzarətsiz də deyildi. Sarı gödəkcəli “parkovşik” jezllə sanki müştəri çağırırdı. 
10-15 nəfərin avtomobili avtobus yoluna park etməsi minlərlə sərnişinin əsəbləri ilə oynayır.  Bəs çarəsi varmı?
Qoşa xətti tapdalayan və ya qanunsuz park edənlərlə mübarizə üçün çox sadə çıxış yolu var. Bakıda avtobusların çoxunda salonla yanaşı ətrafa da kameralarla nəzarət olunur. Bu kameralar hər gün yüzlərlə qayda pozuntusunu qeydə alır. Bunlar gündəlik olaraq Yol Polisinə ötürülsə uzağı 10 günə Bakıda vəziyyət əsaslı şəkildə dəyişər. Yol polisinin hər bir sürücüyə fərdi nəzarət imklanı yoxdur. Bir qurumun digərinə köməyi isə nəinki lazım, hətta vacibdir. Texniki baxımdan isə bu prosesi təşkil etmək heç də çətin deyil.

Vüqar Yaşaroğlu 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh