Avtobuslarda nağdsız ödənişlərin tətbiqi Bakı ilə məhdudlaşmayacaq - AYNA

“Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün hədəfimiz bütün avtobusların nağdsız ödəniş sisteminə keçidini təmin etməkdir”.
Bunu “Trend”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
“Sərnişindaşıma sahəsində aparılan islahatlar həm də bu istiqaməti əhatə edəcək. Nağdsız ödənişlərin tətbiqi təkcə paytaxt Bakı ilə məhdudlaşmayacaq. Sumqayıtda da şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi üzrə işlər aparılır. Bakı-Sumqayıt ekspres avtobusunda ödənişlər nağdsız qaydada həyata keçirilir. İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq. Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq”, - deyə o bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












