Avtobuslarda yaxın vaxtlarda bu xidmət aktiv olacaq - RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.
Bunu Trend-in ictimai nəqliyyatın hazırkı vəziyyəti, köhnə və standartlara cavab verməyən avtobuslar, sərnişinlərin narazılığı ilə bağlı suallarını cavablandırarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
"Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq.
Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.
Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq", - deyə sədr qeyd edib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












