“Avtobusun öz marşrut xəttindən KƏNARA ÇIXMASI YOLVERİLMƏZDİR”

Avtobus sürücüləri avtobusu onlara verilmiş konkret marşrutlar üzrə idarə etməlidirlər. Marşrutdan kənara çıxma halı yalnız ciddi zərurət yarandıqda ola bilər.
Avtosfer.az xəbər verir ki, bunu Azərtac-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobusların bəzən öz marşrut xətlərindən kənarlaşaraq başqa yolla hərəkət etmələrinə cavabında bildirib.
E.Muradlı qeyd edib ki, təbii fəlakət və bunun kimi başqa digər ciddi problemlər yarandıqda vahid marşrut xətti dəyişə bilər.
“Digər hallarda avtobus sürücülərinin marşrutdan kənara çıxmaları yolverilməzdir. Marşrutun dəyişdirilməsi ilə bağlı yalnız xüsusi tədbirlər zamanı göstəriş verilə bilər. Bu proses barədə də aidiyyəti qurumlar əvvəlcədən ictimaiyyətə açıqlama verir, məlumatlandırırlar. Bir sözlə, qanun çərçivəsində avtobusların marşrutları dəyişdirilə bilər, başqa hallarda belə situasiyalar düzgün deyil və yolverilməzdir”, - deyə E.Muradlı vurğulayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












