Avtomobil qəzasından sonra MİSİRƏ QAÇAN YAZAR VƏ OĞLU barəsində həbs qərarı

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində məşhur türk yazıçı Eylem Tok və 16 yaşlı oğlu T.C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.
Yazar qəzadan sonra bir nəfərin ölümünə səbəb olan yeniyetmə oğlunu qaçaq yolla Misirə aparıb. O, bu hərəkətinə görə ciddi tənqidlərlə üzləşib.
Bu səbəbdən açıqlama verərək, qəzaya görə üzr istəyib: “Mən anayam, məni anlamağa çalışın. Təslim olacağıq. İlk növbədə, bütün bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu və panikaya düşdüyümü bildirmək istəyirəm. Oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm. Mən bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Amma təəssüf ki, yazılanların hamısı doğru deyil, oğlum hadisədən sonra qaçmayıb, əksinə, kömək üçün hadisə yerinə gələn insanlarla bərabər köməklik etdiyi üçün təcili yardım və qruplar da çağırıb. Xaricə gedəndə kiminsə ölməsindən xəbərimiz olmayıb. T.C. hadisə baş verən andan hər gün Türkiyəyə qayıtmaq istəyir. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb”.
Araşdırma nəticəsində ana Eylem Tokun gecə saat 02:00-da yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqəsi olmayan oğlu T. C.-ni götürərək hava limanına getdiyi və oradan qaçdıqları müəyyən olunub.
Qeyd edək ki, bir nəfərin ölümünə səbəb olan Timur C. və anası yazıçı Eylem Tok haqqında həbs qərarı çıxarılıb. (“Qafqazinfo”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












