Avtomobil yollarında görünən problem, görünməyən texnikalar - AÇIQLAMA - VİDEO

Yanvar ayının 13-dən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması və buzlaşma respublikanın bəzi avtomobil yollarını iflic edib.
Bakının bir çox küçə və prospektlərində, eləcə də bölgələrə gedən yollarda sürücülər gecə saatlarına kimi buzlaşma səbəbindən yollarda qalıblar. Məsələn, Şamaxı-İsmayıllı avtomobil yolunda, xüsusən Ağsu aşırımı istiqamətində güclü qar səbəbindən hərəkət intensivliyinin həddən artıq azalması uzun tıxaclara səbəb olub.
Sosial şəbəkələrdə bir çox yolların qardan təmizlənməməsi, sakinlərin yola qutu-qutu duz səpmələri və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının yolu primitiv üsullarla təmizlədiklərini əks etdirən şəkillər və videomateriallar paylaşılsa da, məsələyə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun öz üzərinə düşən işi gördüyünü, yollarda lazımi işlərin aparıldığını vurğulayıb.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, şənbə günündən bazar gününə keçən gecə və səhər saatlarında AAYDA-nın aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar:
“Bakı şəhərinin əsas yol və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib.
Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilib.
İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “Instagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb”.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











