Avtomobildən siqaret və yuyucu toz aşkar edilərək götürülüb

Azərbaycan gömrük xidmətinin əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret və yuyucu toz vasitələrinin realizə edilməsinin qarşısını alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Gəncə şəhər sakini Bağırov Nazir Oqtay oğlunun idarə etdiyi 20-DH-197 dövlət nömrə nişanlı “Ford Transit” markalı nəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilə keçirilən baxış zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 6016 ədəd xarici markalı siqaretlər və 423 kq yuyucu toz vasitələri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












