Avtomobilini səkidə saxlayan sürücüyə şikayətçidən “əngəl olma” mesajı

Qarşısında duran avtomobilə arxalandı, qayda pozuntusuna şərik oldu.
Avtosfer.az xəbər verir ki, dayanma-durma qaydasını pozan daha bir sürücü Səbail rayonunun Üzeryir Hacıbəyov küçəsində kameralara tuş gəlib. Piyada kamerasında əks olan fotoşəkildən bəlli olduğu kimi “Kia” markalı, 77-CK-335 dövlət nömrə nişanlı avtomobil piyadalar üçün nəzərdə tutulmuş səkinin mərkəzində saxlayaraq onların hərəkətini iflic vəziyyətinə salıb. Günəş Bankın önündə saxlayan digər avtomobillə arasında məsafə saxlamayan sürücü görünür, ona arxalanıb və “O edir, mən niyə etməyim” düşüncəsi ilə davranıb. Digər avtomobilin nömrə nişanı kameraya düşməsə də, hər iki sürücünün dayanma-durma qaydasına məhəl qoymadığı göz önündədir. O zaman hər iki sürücüyə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsində yer alan dayanma-durma qaydasını pozduqları üçün 20 manatlıq cəriməni ödəmələrini xatırladaraq, dərs çıxaracaqlarına ümid edirik.
Nərmin Əkbər
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO











