Maşını üçün su götürmək istədi, kanalda itkin düşdü - VİDEO

Quba rayonunda suvarma kanalına yıxılaraq itkin düşən 28 yaşlı Xəyal Muradovun başına gələn hadisənin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 22-də saat 15 radələrində Quba şəhəri yaxınlığında, Qudyalçay ərazisində qeydə alınıb.
Xəyal Muradovun qayınatası Vidadi Balayevin bildirdiyinə görə, kürəkəni hadisə günü çınqıl daşımaq üçün karxanaya gedib. İşini başa vurub geri dönərkən avtomobilinin mühərrikinin həddindən artıq qızdığını görüb və kanaldan su götürmək qərarına gəlib. Lakin su götürmək istəyərkən ehtiyatsızlıqdan ayağı sürüşüb və kanala düşüb.
Vidadi Balayev hadisədən təxminən üç saat sonra xəbər tutduğunu deyib:

"Hadisə yerinə çatanda avtomobilin işlək vəziyyətdə idi, lakin kürəkənim ərazidə yox idi. Onun mobil telefonu və gödəkçəsi də maşında qalmışdı".
Qayınata bildirib ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, rayon icra hakimiyyəti və polis orqanlarına müraciət edib. O, axtarışların asanlaşdırılması üçün kanala suyun verilməsinin dayandırılmasını istəyir.
Xəyal Muradovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir./oxu.az
***13:53
Qubada gəncin su kanalında batdığı ehtimal edilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAZ" markalı avtomobili üçün kanaldan su götürmək istəyərkən ehtiyatsızlıq edərək sürüşüb və suya düşüb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin axtarışları davam etdirilir.
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO
Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı - VİDEO
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO












