Avtomobillərdən oğurluq edən şəxs elə keçdi

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, yanvarın 1-də və 11-də Bakıxanov qəsəbəsində Zahidə Zəliyevaya məxsus «Mercedes», Günel Cabbarovaya məxsus «Mitsubishi» markalı avtomobillərdən, şüşəni sındırmaq yolu ilə oğurluq edilib. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nəriman Vəliyev tutulub.
Dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız, yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlanıb.
Nəsimi RPİ PPXB və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












