Avtomobillərin parklanması ilə bağlı güzəştlərin artırılması təklif olunur

Azərbaycanda bəzi kateqoriyalara aid vətəndaşlara avtomobillərini park etmək üçün güzəştlərin verilməsi yaxşı olardı.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib.
"Ölkədə tətbiq olunan "Azparking" mobil tətbiqi çox mütərəqqi sistemdir. Bu sistemdən istifadə edən bəzi şəxslər güzəştlərə malikdir. Məsələn, yaşadıqları binanın ətrafında avtomobillərini park edənlər ödənişdən azaddırlar. Bizə müraciətlər olur ki, mümkündürsə, bu güzəştlər digər kateqoriyadan olanlara da şamil edilsin. Bilmirəm, bu, nə dərəcədə mümkündür, amma vətəndaşlarımız 8 saat işdə olur. Onlar işə gələndə avtomobillərini iş yerinin qarşısında park edir və buna görə böyük məbləğ ödəməli olur. Təsəvvür edin ki, əgər 1 saatlıq parklamaya görə ödəniş 1 manatdırsa, bu, gün ərzində böyük məbləğ edir. Və yaxud ali məktəblərdə dərs deyən müəlimlər, eləcə də bəzi tələbələr işə avtomobillə gəlirlər. Onlar da güzəştlərdən məhrumdurlar. Yaxşı olmazdı ki, güzəştli kateqoriyaya bu şəxslər də aid edilsin?", - deyə o qeyd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












