AYNA: Bu sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur.
Bu barədə taksi sürücülərinin ünvanladığı etirazlara cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Qeyd edək ki, bu gün taksi sürücüləri tərəfindən APA-ya ünvanlanan məktubda buraxılış vəsiqəsi olmayan sürücülərin saxlanılmamasına etiraz bildirilib. Məktubda qeyd olunub ki, bir çox sürücülər tibbi müayinədən və məcburi təlimlərdən keçib, bunun üçün kifayət qədər vaxt və pullarını sərf ediblər. Onlar işləməyərək təlimlərə getdiklərini və bu müddətdə qazanc əldə edə bilmədiklərini, bunun əvəzində təlimlərə getmədən işləyən sürücülərin isə həm o zaman, həm də indi saxlanılmadan qazanc əldə etdiklərini vurğulayıblar.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











