AZAL Azərbaycandan Gürcüstana və əks istiqamətə 222 mindən çox sərnişin daşıyıb

Cari ilin yanvar-iyun aylarında Gürcüstanın hava limanları 3,5 milyon sərnişinə xidmət göstərib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın beynəlxalq hava limanları 2024-cü ildə 7,5 milyon sərnişinə xidmət göstərmişdi ki, bu da 2023-cü illə müqayisədə 24 faiz çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında Tbilisi Ş.Rustaveli Beynəlxalq Hava Limanında 2 milyon 358 min 937 nəfər sərnişinə xidmət göstərilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Hesabat dövründə Kutaisi beynəlxalq hava limanında 833 min 512 nəfərə (12 faiz çox), Batumi beynəlxalq hava limanında 450 min 330 (35 faiz çox) nəfərə xidmət göstərilib.
Bununla yanaşı, cari ilin birinci yarısında Gürcüstanın hava limanlarında 17 minə qədər beynəlxalq və daxili reyslər həyata keçirilib. Bunlardan müntəzəm reyslərin sayı 12 min 857, çarter reyslərinin sayı isə 3874 olub.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2025-ci ilin yanvar-iyun aylarında Gürcüstanın aviasiya bazarında ən yaxşı aviaşirkətlər sırasında 5-ci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə AZAL Gürcüstan və əks istiqamətə 222 min 237 sərnişin daşıyıb.
Siyahıda birinci yerdə “Wizz Air” (642 min 956 nəfər), ikinci yerdə “Pegasus” (284 min 984 nəfər), üçüncü yerdə “Georgian Airways” (272 min 568), dördüncü yerdə isə “Türk Hava Yolları” (268 min 959) dayanır.
Qeyd olunan dövrdə Gürcüstanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 16 milyon 550 min 916 ton təşkil edib. Bu, 2024-cü ilin birinci yarısı ilə müqayisədə 50 faiz çoxdur.
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...











