AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
6 may 2024-cü il, Bakı – Yayın gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramını genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət üzrə uçuşlar təklif edir.
Avtosfer.az xəbər verir kİ, bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sizi Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir çox şəhərlərinə səyahət etməyə dəvət edir.
Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək. Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin ümumi sayı 10-a qədər artacaq. Belə ki, səyahətçilər, məsələn, ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdə dincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya, gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsr qalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrə yollana bilərlər.
Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox sayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərin Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum, İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər şəhərlərinə səfər etmək imkanı var.
Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər.
Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva, Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum, Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam, Dehli, Mumbay və s. daxildir.
Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58 istiqamətə çatıb.
AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya, Moskva, Dubay və Tbilisi yer alır.
AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyət dövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO










