AZANS qlobal aviasiya platformasında strateji razılaşmalar əldə edib - FOTOLAR

AZCON Holding tərkibinə daxil olan “Azerbaijan Airlines” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) rəhbər heyətin iştirakı ilə “Airspace World 2026” beynəlxalq sərgisində və “CANSO Leadership Summit” sammitində iştirak edib.
Avtosfer.az xəbər verir ki, tədbirlər çərçivəsində AZANS aeronaviqasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməliyyat dayanıqlığının artırılması və gələcəyin hava məkanı həllərinin formalaşdırılması məqsədilə bir sıra strateji görüşlər, təqdimatlar və tərəfdaşlıq təşəbbüsləri həyata keçirib.
“Airspace World” dünyanın aparıcı aviasiya platformalarından biri hesab olunur. Tədbirdə 140-dan çox ölkədən nümayəndələr, 200-dən artıq şirkət və 10 000-dən çox beynəlxalq iştirakçı iştirak edib. Airspace World 2026 çərçivəsində AZANS öz stendi ilə təmsil olunaraq Azərbaycanın aeronaviqasiya sistemini və ölkənin strateji tranzit potensialını beynəlxalq aviasiya ictimaiyyətinə nümayiş etdirib.
“Airspace World 2026” çərçivəsində AZANS beynəlxalq media brifinqində təqdimatla çıxış edib. Təqdimat zamanı dəyişən geosiyasi reallıqlar fonunda qlobal hava hərəkəti axınlarının transformasiyası, Avropa — Asiya marşrutlarında struktur dəyişiklikləri, regional koordinasiya, yüksək tranzit trafik şəraitində əməliyyat dayanıqlığının təmin olunması, eləcə də Azərbaycanın hava məkanında artan hava hərəkəti həcmlərinin effektiv idarə olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
AZANS rəhbərliyi həmçinin “Yeni geosiyasi dövrün çağırışları şəraitində hava məkanının gücləndirilməsi: texnologiyalar, dayanıqlılıq və mülki-hərbi əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq panel müzakirəsində iştirak edib.
Panel çərçivəsində müasir hava məkanının təhlükəsizliyi, əməliyyat çevikliyi, mülki-hərbi koordinasiya, rəqəmsal transformasiya və dayanıqlı ATM həllərinin rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.
“Airspace World 2026 çərçivəsində AZANS bir sıra strateji görüşlər keçirib və “DFS Aviation Services” (DAS), “UK CAAI”, “NATS” və “Rohde & Schwarz” daxil olmaqla beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq təşəbbüslərini elan edib. Əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq və regional hava limanlarında yeni nəsil ATM sistemlərinin inkişafını, aeronaviqasiya infrastrukturunun rəqəmsal transformasiyasını, uçuşların təhlükəsizlik idarəetmə sistemlərinin (SMS) gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini və əməliyyat dayanıqlığının artırılmasını əhatə edir.
Tədbir çərçivəsində AZANS nümayəndə heyəti həmçinin “ICAO”, “EUROCONTROL”, “HungaroControl”, “INDRA”, “Aireon”, “Think Research”, “ERA”, “Gesab” və digər beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşlər zamanı regional koordinasiya, rəqəmsal inteqrasiya, hava hərəkətinin dayanıqlılığı və gələcək beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO





















