AZCON Holding WUF13 çərçivəsində şəhərlərin gələcəyini formalaşdıran texnologiya və həlləri təqdim edir - FOTOLAR

17 – 22 may 2026-cı il tarixlərində keçirilən WUF13 çərçivəsində AZCON Holding D15 stendi ilə ziyarətçilərə innovativ şəhər həlləri, əlaqələndirilmiş nəqliyyat texnologiyaları, enerji effektivliyini artıran yanaşmalar və müasir infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı yaradır. 18 may tarixində AZCON Holding-in stendində müxtəlif mövzularda infosessiyalarda şəhərlərin innovativ inkişafı, urbanizasiya prosesləri və rəqəmsal həllər ətrafında faydalı müzakirələr aparılıb.
“AzInTelecom” MMC tərəfindən “Şəhər mühitində rəqəmsal identifikasiya və e-KYC: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması” mövzusunda təqdimat edilib. “Azərbaycan Hava Yolları” QSC tərəfindən dayanıqlı şəhər inkişafında hava limanlarının davamlı ekosistemlər kimi rolundan bəhs olunub. Azərkosmos isə məsafədən zondlama texnologiyaları əsasında şəhər mühitinin uyğunluğunun monitorinqi istiqamətində innovativ yanaşmaları təqdim edib.
19 may tarixində stenddə növbəti mövzularda infosessiyalar təşkil olunub. Azərkosmos “Şəhər analitikası üçün geoməkan əsaslı süni intellekt həlləri” mövzusunda təqdimat edib. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “Dəmir yolu vasitəsilə şəhərlərin transformasiyası – ADY-nin urbanizasiya prosesində rolu” istiqamətində çıxış olub. “Azərpoçt” MMC isə filateliya məhsulları haqqında məlumatların təqdim edilməsi mövzusunda iştirakçılarla maraqlı məlumatlar bölüşüb.
WUF13 çərçivəsində AZCON Holding-in stendi növbəti günlərdə də fəaliyyətini davam etdirəcək. 20 may tarixində “Bakı Metropoliteni” QSC tərəfindən “Bakı Metropoliteni davamlı şəhər mobilliyinin hərəkətverici qüvvəsi kimi”, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən isə “ADY-nin şəhər inkişafı və urbanizasiya prosesində rolu” mövzusunda çıxış olacaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən gəmiçilik şirkətlərinin şəhərlərin karbon izinin azaldılmasında rolu, eləcə də əməliyyat və texnoloji yanaşmalar barədə məlumat veriləcək. AZCON Holding isə “İmkanlara çıxışın təmin edilməsi: şəhər mobilliyi inklüziv şəhərləri necə mümkün edir?” mövzusunda təqdimat edəcək.
21 may tarixində Milli Süni İntellekt Mərkəzi tərəfindən “Süni intellekt və ağıllı şəhərlər” mövzusunda təqdimat ediləcək. “AzInTelecom” MMC tərəfindən “Ağıllı şəhərlər üçün rəqəmsal etimad: SİMA İmza ilə təhlükəsiz şəhər xidmətlərinin təmin edilməsi” istiqamətində çıxış olacaq. Azərkosmos isə şəhər planlaşdırılması üçün Yer müşahidəsi texnologiyalarının tətbiqi və innovativ yanaşmalar barədə məlumat verəcək.
22 may tarixində stenddə “Aztelekom” MMC tərəfindən “Onlayn Azərbaycan” layihəsinin şəhərsalma prosesində rolu mövzusunda təqdimat ediləcək. “Teleradio” MMC radio-televiziya yayım infrastrukturunun şəhər ekosistemində rolu və rəqəmsal bağlantının inkişafına təsiri, Azərkosmos isə şəhər inkişafı üçün veb-əsaslı Coğrafi İnformasiya Sistemləri (GIS) həlləri barədə məlumat verəcək.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT

















