AZCON sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqladı

AZCON Holding 2026-cı ilin ilk 6 ayı üzrə nəqliyyat sektorunda əldə olunan sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqlayıb.
Sərnişindaşıma göstəriciləri
Avtosfer.az xəbər verir ki, hesabat dövründə Azərbaycan Dəmir Yolları (ADY) üzrə gündəlik orta sərnişin sayı 30 min nəfərə yüksəlib. Bu göstərici əvvəlki dövrlə müqayisədə 17% artım deməkdir. "BakuBus" avtobusları ilə daşınan gündəlik orta sərnişin sayı isə 24 % artaraq 643 min nəfərə çatıb.
Azərbaycan Hava Yolları (AZAL) üzrə ümumi sərnişin sayı 1 milyon 945 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. Tranzit sərnişin daşımalarının sayı isə 277 min nəfərə yüksələrək 41 % artım təşkil edib.
Bakı Metropolitenində gündəlik orta sərnişin sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % artaraq 600 min nəfərə çatıb.
Yükdaşıma göstəriciləri
Yükdaşımalar istiqamətində də müsbət dinamika müşahidə olunub. ADY üzrə tranzit yükdaşımaların ümumi həcmi 3,625 min tona çataraq əvvəlki illə müqayisədə 9 %, Şərq–Qərb (Orta Dəhliz) vasitəsilə tranzit yükdaşımaların həcmi isə 1 milyon 958 min tona çataraq əvvəlki illə müqayisədə 12 % artım göstərib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə konteyner yükaşırmalarının həcmi isə 15 % artaraq 61 min TEU təşkil edib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) üzrə quru yük gəmiləri ilə daşımaların həcmi 894 min ton (34 % artım), tanker daşımalarının həcmi 1 milyon 709 min ton (25 % azalma) olub.
Beləliklə, 2026-cı ilin ilk yarımili üzrə əldə olunan nəticələr nəqliyyat xidmətlərinin səmərəliliyinin artırılmasına, tranzit potensialının gücləndirilməsinə və nəqliyyat sektorunun dayanıqlı inkişafına töhfə verib.

Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə












