"Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Prezident İlham Əliyevin tranzit daşımaları və nəqliyyat sahəsində imzaladığı sərəncamlardan irəli gələn strateji məqsədləri uğurla reallaşdırmaqdadır.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

"Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsal transformasiyası ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. ADY beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif rəqəmsal həllər tətbiq edərək, yüklərin real vaxt rejimində izlənməsi, yükdaşıma tariflərinin avtomatlaşdırılmış şəkildə hesablanması və yüklərin daşınmasında şəffaflığın artırılması kimi innovativ yanaşmaları həyata keçirir", - deyə o qeyd edib.
Eyni zamanda, satınalma və müqavilə proseslərinin avtomatlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və süni zəka əsaslı təhlükəsizlik həllərinin tətbiqi bu transformasiya prosesinin tərkib hissəsidir. ADY-nin həyata keçirdiyi bu layihələr, tranzit daşımalarının səmərəliliyinin artırılmasına və ölkəmizin regionda strateji mövqeyinin gücləndirilməsinə böyük töhfə verir. Bütün bu rəqəmsal yeniliklər ADY-nin tranzit daşımaları üzrə öhdəliklərini daha effektiv yerinə yetirməsinə, beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsinə və ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə imkan verir", - deyə deputat əlavə edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












