Azərbaycan Ordusu üçün yeni xüsusi texnika və avadanlıqlar alınıb - FOTO - VİDEO

Dekabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov “N” hərbi hissəni ziyarət edərək burada Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə yeni inşa edilən hərbi obyektə baxış keçirib və aparılan tikinti-quruculuq işləri ilə tanış olub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Məruzə edilib ki, yeni istifadəyə verilən binada əsgər yataqxanası, konfrans zalı, silah, məişət, ideoloji və digər xidməti otaqlar, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Burada mərkəzi istilik və yanğın təhlükəsizlik sistemləri quraşdırılıb.
Sonra maddi-texniki təminat üzrə zabitlərlə görüşən general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Ordumuzun günü-gündən qüdrətlənməsindən, hərbi qulluqçuların maddi-texniki təminat və təchizatının hər zaman diqqət mərkəzində olmasından danışıb.
Müdafiə naziri Vətən müharibəsi zamanı, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında ordumuzun maddi-texniki təminatının yüksək səviyyədə olmasının qazanılan şanlı qələbədə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Ordusunda digər sahələrdə olduğu kimi maddi-texniki təminat sahəsində də görülən tədbirlərin, xüsusilə azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin aparılmasının yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara xidmətlərində uğurlar arzulayıb.
Daha sonra yeni alınan avtomobil texnikası, eləcə də xüsusi texnika və avadanlıqlar general-polkovnik Z.Həsənova təqdim olunub.
Müdafiə naziri sürücü heyəti ilə görüşüb və onların qayğıları ilə maraqlanıb.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












