Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb

Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. “Layihənin icrası Bakı-Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) mövcud darboğazın aradan qaldırılması məqsədi daşıyır”, - ADY-dən bildirilib.
Qeyd edək ki, TBNM-in inkişafı və səmərəliliyinin artırılması çərçivəsində bu günə kimi Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık-Moyıntı dəmir yolu hissəsində ikinci, Almatıdan yan keçən xəttin, eləcə də Poti limanında bu il işə salınması nəzərdə tutulan konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, 2025-ci ilin ortalarına qədər Aktau limanında konteyner qovşağının tikintisi, eləcə də Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında fəaliyyət göstərəcək öz bərələrini alması planlaşdırılır.
Azərbaycanda Bakı limanının 2-ci fazasının tikintisi davam etdirilir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük qabiliyyəti artırılır, həmçinin Azərbaycanın dəmir yolları üçün vaqon parkının cəlb edilməsi nəzərdə tutulur, Ələt-Böyük Kəsik hissəsində dəmir yollarının modernləşdirilməsi fəal şəkildə aparılır.
Gürcüstan tərəfi keçid dəmir yolunun modernləşdirilməsi üzrə işləri başa çatdırıb və 2025-ci ilin sonunadək əlavə lokomotivlər almağı planlaşdırır ki, onlar da marşrutda ötürücülük qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa TBNM-də yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyi təmin edir.
2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton daşınma proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmdə 2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton isə neft olacaq. 2027-ci ilə qədər marşrutun gücü 10 milyon tona çata bilər.
Mikromobillik Bakının nəqliyyat sistemini dəyişə bilərmi? – Ekspert AÇIQLADI
Keçid stansiyaları Bakı metrosunda nəyi dəyişəcək? – AÇIQLAMA
Paytaxtın bu küçələrində SIXLIQ VAR - FOTO
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Ər-arvadı yandıraraq öldürən şəxsin kimliyi məlum oldu - FOTOLAR
Bir görüş, bir əsrlik nəticə: Vaşinqtondan başlayan yeni yol
Azərbaycan üzərindən yeni yük marşrutu sülhə töhfə verə bilər? – AÇIQLAMA
İsti hava avtomobilə necə təsir edir? – Usta AÇIQLADI
İctimai nəqliyyatda subsidiya modeli tətbiq oluna bilər? – AÇIQLAMA
Kreml Paşinyan və Bayramovun səfərlərini niyə diqqətlə izləyir? – ŞƏRH
Bu yollarda tıxac var - SİYAHI - FOTO










