Azərbaycan Orta Dəhlizin cənub qolunu yeni nəqliyyat assosiasiyası vasitəsilə gücləndirir

Orta Dəhliz çərçivəsində əməkdaşlıq 2026-cı ildə "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyası vasitəsilə praktik nəticələr mərhələsinə keçə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkələrdə paylaşım edib. Onun sözlərinə görə, 2026-cı il Orta Dəhliz üçün yeni dinamika ilə başlayıb. O bildirib ki, region artıq "vəhşi kapitalizm" mərhələsini geridə qoyub və qloballaşmanın tələb etdiyi koordinasiyalı fəaliyyət mərhələsinə daxil olub - nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin genişlənməsi və bu dəhlizlər boyunca biznesin böyüməsi.
Üç mindən çox sürücülük vəsiqəsi qanunsuz paylaşıldı - ETX qarşısını ALDI
E. Məmmədov qeyd edib ki, Çin artıq bir neçə ildir bu istiqamətdə daha fəal mövqe nümayiş etdirir, hazırda isə Avropa nəqliyyat tərəfdaşları tərəfindən də oxşar açıq yanaşma müşahidə olunur:
"Onlar proseslərdə sadəcə kənardan müşahidəçi olmaqdan çıxıb, dəhlizin inkişafında aktiv iştirak etmək istəyirlər".
"Bu gün "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyasının ilk işçi iclası keçirilib. Bu, Orta Dəhlizin cənub hissəsinin gücləndirilməsi istiqamətində bizim üçün praktik addımdır. 2026-cı il əməkdaşlığın regional iqtisadi inteqrasiyada artıq görünən nəticələr verməyə başladığı il ola bilər", - deyə müşavir yazıb.
Daha əvvəl ADY bildirirdi ki, 2026-cı ildə Orta Dəhlizin inkişafının növbəti mərhələsi yüklərin şərq istiqamətində daşınması olacaq.
Xatırladaq ki, 20 sentyabr 2024-cü il tarixində Bakıda ADY, "Özbəkistan Dəmir Yolları", "Qırğız dəmir yolu" milli şirkəti və "Tacikistan Dəmir Yolları"nın iştirakı ilə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyaya sədrlik Azərbaycana həvalə olunub. Assosiasiyanın əsas məqsədi tranzit yüklərin cəlb edilməsi, inteqrasiya olunmuş logistika məhsullarının inkişafı, daşımalar üzrə vahid texnoloji prosesin formalaşdırılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Ekspress avtobuslarla bağlı məsələ böyüyür - “PULSUZ OLMALIDIR”
Kassa aparatlarında artan dövriyyə nə ilə bağlıdır? - ŞƏRH










