Azərbaycan şərt qoydu: Laçın yolunda avtomobillər və yüklər yoxlanılacaq

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə Laçın yolunda vəziyyət və humanitar yüklərin Xankəndinə çatdırılması müzakirə olunub.
Avtosfer xəbər verir ki, Azərbaycan tərəfi öz təkliflərini bildirib: humanitar yüklərin Xankəndinə çatdırılmasında heç bir problem və maneə yoxdur. Amma avtomobillər və yüklər yoxlanılacaq. Eyni təkliflər Avropa İttifaqının nəzərinə çatdırılıb.
Erməni tərəfi hər gün Ermənistandan Xankəndinə 400 tona qədər müxtəlif yüklərin gətirildiyini israrla vurğuladığından bu yükləri çatdıran avtomobillərin və onların aid olduğu şirkətlərin siyahısının tərtib edilməsi təklif edilib.
Belədə, zəruri yoxlamalardan sonra həmin avtomobillərin keçidi üçün gərəkli şərait yaradılacaq. Fəqət, erməni tərəfi bu təklifdən qəti şəkildə imtina edib.
Üstəlik, Xankəndindəki terrorçu xuntanın rəhbərləri Araik Arutyunyan və Ruben Vardanyanın simasında olan dəstə birləşmələrinin qalıqlarının başçıları sözün əsl mənasında yaxa cıraraq "humanitar fəlakət"dən, "blokada"dan və s. danışırlar.
Aydındır ki, cinayətkar Arutyunyan-Vardanyan duetinin məqsədi heç də Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilərin əhalisinin ehtiyac duyduğu malların çatdırılması yox, mifik "humanitar fəlakət"dən bəhs edərək "zəruri" informasiya anturajının yaradılmasıdır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












