Azərbaycan tarixində rekord: İlk dəfə 5 milyona yaxın seçici səs verdi - QRAFİK

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim partiyanın namizədi Prezident İlham Əliyev 92%-dən çox səs toplayaraq qələbə qazanıb.
Azərbaycanın müstəqilliyini əldə etdiyi tarixdən bu yana keçirilən sayca 8-ci seçkidə seçici fəallığı 76.73% olub. Beləliklə, seçicilərin 4 milyon 971 min 32 nəfəri öz səsvermə hüququndan istifadə edib.
Ötən gün keçirilən seçkilərdə ən yuxarı seçici fəallığı 15 saylı Yasamal birinci seçki dairəsində (83.36%) ən aşağı isə 19 saylı Nərimanov birinci seçki dairəsində qeydə alınıb (59.8%).
Modern.az mövzunun aktuallığını nəzərə alaraq indiyədək keçirilən prezident seçkilərində seçici fəallığının necə dəyişdiyini araşdırıb.
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda ilk prezident seçkiləri 1992-ci ildə keçirilib. Bu seçkidə seçici siyahılarına daxil edilmiş şəxslərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak edib. Yəni 3 099 480 nəfər seçici öz səsvermə hüququndan istifadə edib.
1993-cü ildə keçirilən növbəti seçkidə seçici fəallığı 97.60 % olub. 3 967 628 seçici səsvermədə iştirak edib.

5 il sonra oktyabrın 11-də keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak edib ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi.
2003-cü ildə keçirilən prezident seçkilərində isə seçici aktivliyi 62.85 % olub. Bu seçkidə seçicilərin 2,791,997 nəfəri iştirak edib.
2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 75,12%-i (3 701 690 vətəndaş) iştirak edib. 2013-cü il seçkilərində isə 3 735 374 nəfər səs verib. Seçici aktivliyi 71.63% olub.
Sonuncu – 2018-ci il seçkilərində isə 3 962 123 seçici səsvermə hüququndan istifadə edib. Seçkilərdə 74.3% seçici fəallığı qeydə alınıb.
Beləliklə, fevralın 7-də keçirilən və ilk dəfə bütün Azərbaycan ərazisində baş tutan səsvermə ən çox seçicinin iştirak etdiyi prezident seçkiləri olub. Belə ki, Azərbaycan tarixində rekord səviyyədə - ilk dəfə 5 milyona yaxın seçici səsvermə hüququndan istifadə edib.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI










