Azərbaycan və Estoniya dəmir yolu sahəsində əməkdaşlığı müzakirə edib - FOTOLAR

Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının (“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş keçirilib.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.
Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi














