Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib. Avtosfer.az xəbər verir ki, bununla əlaqədar hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb. Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub.
Sənədə əsasən vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də zərərin ödənilməsi qaydaları tənzimlənir. Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.


Gültən
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












