Azərbaycanda “Car sharing” tətbiqinin PERSPEKTİVLƏRİ: Taksilərdə bu qaydalar necə tənzimlənəcək? - AÇIQLAMA

“Xarici təcrübəyə baxdıqda, Rusiyada “Car sharing” xidməti 10-11 qəpikdən başlayan qiymətlərlə tənzimlənir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Car sharing” tətbiqinin perspektivliyi və ölkəmizdə tətbiqinin üstünlüklərindən danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib.

Onun sözlərinə görə, “Car sharing” Azərbaycan dilində tərcümədə avtomobil paylaşımı adlanır:
“Bu da təkmilləşdirilmiş taksi növlərindən biri sayılır. Bunun üstün cəhətləri ondan ibarətdir ki, yeni qanunvericiliyə uyğun olaraq, taksi fəaliyyəti göstərən bəzi nəqliyyat vasitələrinə məhdudiyyət qoyulduqda, taksilərin sayının azalması nəticəsində “Car sharing” xidməti həmin boşluqları dolduracaq. Bu da yeni növ, ekoloji təmiz, sırf elektriklə çalışan avtomobillərdir. Bu, platforma mobil tətbiq formasında olacaq”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, “Car sharing” tətbiqində cərimələr və qəzalar kim tərəfindən ödəniləcəyi, hansı formada həyata keçiriləcəyi hələ ki, sual altındadır:
“Car sharing” tətbiqində sürücülük hüququ haqqında məlumat, ödənişin kart vasitəsilə olması nəqliyyat vasitəsinin modelindən asılı olaraq, qiymətlər tənzimlənəcək. Məndə olan məlumata görə, qiymət bir dəqiqə üçün 60 qəpik civarında tənzimlənəcək. Bu təbii ki rəsmi qiymət deyil. Xarici təcrübəyə baxdıqda, Rusiyada “car sharing” xidməti 10-11 qəpikdən başlayan qiymətlərlə tənzimlənir. Bu da Rusiya ilə müqayisədə kifayət qədər çoxdur. Düşünürəm ki, bu qiymətə nəzarət edən hər hansı qurum tədbirlər görəcək ki, qiymətlər fantastik olmasın ki, istifadəçilər tam yararlana bilsinlər. Bu tətbiqdə nəqliyyat vasitəsinin ödənişinin bitməsinə az qaldıqda tətbiq özü məlumat verir ki, bir müddət sonra nəqliyyat vasitəsi park edilməlidir. Lakin “Car sharing” tətbiqində cərimələr və qəzalar kim tərəfindən ödəniləcəyi, hansı formada həyata keçiriləcəyi hələ ki, sual altındadır”. Bu sualı da “car sharing” tətbiqini Azərbaycana gətirən şirkətin cavablandırması daha məqsədəuyğun olar”.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












