Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO

“World Urban Forum” çərçivəsində şəhərsalmanın gələcək istiqamətləri və insan yönümlü şəhər konsepsiyası müzakirə olunub.
Forumun 5-ci günündə təşkil olunan iclaslarda həm yerli, həm də xarici media nümayəndələri iştirak edib.

"Redaktor.az" saytının baş redaktoru Aqil Aslan Avtosfer.az saytına müsahibəsində bildirib ki, Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, şəhərlər artıq mütləq şəkildə insan yönümlü prinsiplər əsasında inkişaf etdirilməlidir.
O qeyd edib ki, bir neçə gündür forum çərçivəsində müxtəlif ölkələrin pavilyonlarını ziyarət edir, müxtəlif maketlərlə tanış olur. Xüsusilə Özbəkistan və Qırğızıstan pavilyonları daha çox diqqət çəkir. Eyni zamanda yerli şirkətlərin təqdim etdiyi layihələr də keyfiyyəti və innovativliyi ilə fərqlənir və qonaqların marağına səbəb olur.
Baş redaktor qeyd edib ki, insan yönümlü şəhər anlayışı təkcə binaların tikintisi ilə məhdudlaşmır. Bu yanaşma yaşıllıqların artırılmasını, binalar arasındakı məsafələrin düzgün planlaşdırılmasını, parkların salınmasını, eləcə də uşaqlar və böyüklər üçün istirahət və gəzinti zonalarının yaradılmasını nəzərdə tutur.
Aqil Aslan əlavə edib ki, bu forumdan sonra dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda şəhərsalma sahəsində yeni yanaşmaların tətbiq olunacağına inanır. Onun sözlərinə görə, bütün bu dəyişikliklər daha yaşana bilən, sağlam və insan mərkəzli şəhərlərin formalaşmasına xidmət edir.
Eltac Zülfüqaroğlu
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












