Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Avtosfer.az-ın xəbərinə görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Məsələ barədə qurumun katibi Arifə Muxtarova məlumat verib.
Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.
MSK tərəfindən bundan əvvəl İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Qeyd edək ki, ümumilikdə növbədənkənar prezident seçkilərində iştirak üçün 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












