Azərbaycanda elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartını qəbul edib.
Dövlət Xidməti xəbər verir ki, dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir. Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb.
Standartı “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) təqdim edib, o, hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və yaxud əvəzsiz verilməsi, həmçinin onu 18 yaşa çatmamış şəxslərin istifadə etməsi qadağandır.
Bir müddət öncə Dövlət Xidmətinə qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirildiyi barədə müraciət daxil olmuşdu. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən 9 sahibkar müəyyənləşdirilmiş və həmin sahibkarlara satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanmışdı. Nəticədə, həmin sahibkarların idxal etdiyi 11 adda birdəfəlik istifadə üçün elektron siqaretin üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












