Banner

"BYD" sükanı qatlanan yeni krossover təqdim edib - VİDEO

Avtodünya 22 Noyabr 2026 14:30
"BYD" sükanı qatlanan yeni krossover təqdim edib  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Çinin "BYD" şirkəti sükanı ön panelin içərisinə yığılan yeni Fang Cheng Bao Ti 9 krossoverini təqdim edib.

Avtosfer.az xəbər verir ki, avtomobilin sürücü oturacağı istirahət üçün çarpayı formasına da salına bilir.

Model 30 düymlük böyük ekran, qatlanan masalar, soyuducu, arxa təkərlərin dönmə sistemi və avtopilotla təchiz olunub. Bununla belə, sükanı yalnız avtomobil park vəziyyətində olduqda yığmaq mümkündür.

Krossover 536 at gücünə malik hibrid mühərriklə təchiz edilib. Avtomobilin yürüş ehtiyatı 1 630 kilometrə qədərdir.

Fang Cheng Bao Ti 9-un qiyməti 279 900 yuandan (təxminən 66 000 manat) başlayır.

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh