Azərbaycanda ən uzun dəmir yolu körpüsü inşa olunub - ADY nümayəndəsi

Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Ümumilikdə isə tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin tikinti meneceri Cavad Əlövsədov deyib.
"Birinci mərhələ Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli və Soltanlı ərazilərini əhatə edir. Artıq bu mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb. Hazırda dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələ Soltanlı–Qumlaq–Həkəri–Mincivan stansiyaları istiqamətində aparılır. Bu mərhələdə torpaq işlərinin və mühəndis qurğularının tikintisi yekunlaşmaq üzrədir. Bu mərhələdə Azərbaycanda ən uzun dəmir yolu körpüsü inşa olunub. 771 metr uzunluğundakı körpünün 23 aşırımı var", - deyə o vurğulayıb.
Üçüncü mərhələnin Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etdiyini deyən C.Əlövsədov diqqətə çatdırıb ki, bu hissədə torpaq işləri, mühəndis qurğularının tikintisi, o cümlədən üç tunel və iki qalereyanın inşası sürətlə davam etdirilir. Tunellərdə artıq tikinti-quraşdırma işlərinin 71 faizi tamamlanıb.

Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












