Azərbaycanda Gəmiqayırma zavodunda altı müxtəlifölçülü gəmi inşa edilir

Hazırda Gəmiqayırma zavodunda altı müxtəlifölçülü gəmi inşa edilir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.
"Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir. Yenə də həyat göstərir ki, bu, nə qədər düzgün addım idi. Bu gün ənənəvi mənbələrdən, - haradan ki, biz alırdıq, - gəmi almaq mümkün deyil. Biz indi Gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir", - dövlət başçısı vurğulayıb.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












