Azərbaycanda hazırlıq keçməyən sürücülər taksi fəaliyyəti göstərə bilməyəcək

Azərbaycanda hazırlıq keçməmiş sürücülərə daşıyıcının sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartı verməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə ediləcək.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Buraxılış kartının alınması üçün əsas sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamədir. Bu sənədi almaq üçün sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzinə müraciət edərək təlimlərdə iştirak etməlidirlər", - deyə məlumatda qeyd edilib.
Bu günə qədər 14 minə yaxın sürücü təlimlərdə iştirak edib.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










