Azərbaycanda quru sərhədlər nə zaman açılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb .Xüsusi karantin rejimi dövründə ölkəyə giriş yalnız hava yolu ilə mümkündür. Bu gün hər kəsi maraqlandıran sual quru sərhədlərin nə zaman açılacağıdır.
Bununla bağlı Sonxeber.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, quru sərhədlərin açılması pandemiyadan sonrakı dövrün dəyərləndirilməsindən asılıdır:
"Epidemoloji ocaqlar hələ də sönməyib. Müxtəlif infeksiyalar yayılmaqda davam edir. Azərbaycan hazırda çox mühüm geopolitik məsələlərin həllinin astanasındadır. Hökumət tərəfindən mümkün qədər təhdit və təhlükələrdən qorunmaq üçün bütün addımları atır. Qonşu ölkələrdən gələn təhlükə nəzərə alınır. Düşünürəm ki, bu gün dövlət mövcud vəziyyəti nəzərə alır. Karantin müddətinin uzadılması və quru sərhədlərin açılmaması üçün haqlı nüanslar var. Hər halda dövlətin əlində yetərli məlumatlar var. Mövcud vəziyyəti analiz etdikdə sonra dövlətimiz düzgün qərarı qəbul edəcək. Qaldı ki, quru sərhədlərin nə zaman açılacağı düşünürəm bu barədə danışmaq hələ tezdir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












