Azərbaycanla Çin arasında Orta Dəhliz çərçivəsində tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Çinin Bakıdakı səfiri xanım Lu Mey ilə görüşüb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, görüşdə qonaqlara limanın infrastruktur imkanları, son illərdə əldə edilən nəticələr və iki ölkə arasında yükdaşımalar üzrə göstəricilər barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
E.Salahov çıxışında Bakı Limanının Orta Dəhlizin mühüm tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini vurğulayaraq Çindən Avropaya uzanan yük axınlarının daha səmərəli və sürətli şəkildə həyata keçirilməsi üçün birgə səylərin önəmini qeyd edib.
Səfir Lu Mey isə Çin şirkətlərinin Orta Dəhlizdən istifadə imkanlarını yüksək qiymətləndirərək iki ölkə arasında ticarət və logistika əlaqələrinin daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini bildirib.
Qeyd edək ki, ötən ilin ilk yeddi ayı ərzində Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində, Qərbdən Çin istiqamətində, o cümlədən Azərbaycanın Çinlə ticarət dövriyyəsi üzrə ümumi yükaşırma həcmi 360 min ton təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 3,0 % artaraq 371 min tondan çox olub. Xüsusilə konteyner daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 105 %-dən çox artım qeydə alınıb. Bu ilin ilk yarısında Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində və əks istiqamətə ümumilikdə 25 611 TEU ekvivalentində konteyner daşınıb.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?

















